ABŞ prezidentinin məsləhətçisi Rudolf Culiyani Cənubi Qafqaza səfər edəcək.
Teleqraf.com xəbər verir ki, səfərin tarixi məlum olmasa da, Culiyanin Azərbaycan, Ermənistan və Gürcüstanda olacağı bildirilib.
Səfərin bu ilin sonunadək baş tutacağı ehtimal edilir.
2001-ci il sentyabrın 11-də Nyu-York ştatının qubernatoru olan Culiyanin bölgəyə hansı məqsəd üçün gəldiyi açıqlanmır.
Amerikalı milyarder Corc Soros Nyu-York ştatında baş vermiş terror aktından sonra onu “Dəccal”adlandırmışdı.
Qeyd edək ki, oktyabrın 20-dən ABŞ prezidentinin müşaviri Con Boltonun bölgə dövlətlərinə səfəri başlayacaq.