Bu gün ölkəmizdə səfərdə olan Latviya Bələdiyyələr İttifaqının nümayəndə heyəti Milli Məclisin Regional məsələlər komitəsinin üzvləri ilə görüşüb.
Teleqraf.com-un məlumatına görə, Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, Azərbaycanla Latviya arasında siyasi münasibətlər yüksək səviyyədədir və digər sahələrdə də əməkdaşlıq getdikcə inkişaf edir.
Görüşdə Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakas diqqətə çatdırıb ki, mövcud iqtisadi potensial hazırkı əməkdaşlıqdan qat-qat çoxdur. Bu baxımdan ölkəsi Azərbaycanla iqtisadi, regional əməkdaşlığın daha da inkişafını, o cümlədən qarşılıqlı ticarət dövriyyəsinin artırılmasını istəyir.