Badamdar sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, sürüşmə kütləsi üzərində kiçik tipli uçqunlar və süxur kütlələrinin yamac boyu axıntıları müşahidə edilib.
Sürüşmənin sağ və sol hissəsində yeni yaranmış çatların ölçülərində isə artım qeydə alınmayıb: "Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb".
***
10:06
Badamdar sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sahədəki çatlarda artım qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, sürüşmə zonasının sağ və sol hissəsində isə yeni çatlar müşahidə edilib.