21 Oktyabr 2018 12:12
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı faciəsinin bütün dünya meydançalarında Azərbaycan xalqının soyqırımı kimi tanınması üçün bütün səylər göstərilməlidir.

Bunu Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Türkiyənin Kayseri şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəsinin açılışında deyib.

D.Savelyev bildirib: "Nürnberq məhkəməsi İkinci Dünya Muharibəsi zamanı dinc sakinlərin öldürməsinə əmr verənlərlə bağlı layiqli qərar verdi. Xocalıda isə dəhşətli faciənin günahkarları hələ də yaşayır və aparıcı siyasi postları tuturlar. Hörmətli həmkarlar, biz Xocalı faciəsinin bütün dünya meydançalarında Azərbaycan xalqının soyqırımı kimi tanınması üçün bütün səyləri göstərməliyik".

Dövlət Dumasının deputatı Kayseridə təhsil alan və abidənin açılışında iştirak edən xarici tələbələrə müraciət edib: "Təhsil almağınızı bitirib, ölkələrinizə qayıdanda, Azərbaycanda 26 il bundan əvvəl törədilən dəhşətli faciə barədə siyasətçilərinizə, deputatlarınıza danışın. Bundan ötrü danışın ki, sizin parlamentlər rəsmi olaraq bu faciəni Azərbaycan xalqının soyqırımı kimi tanısın. Bu cür faciələr təkrarlanmalıdır".(Trend)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər