23 Oktyabr 2018 23:34
1 640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan dəqiqəbaşı Türkiyə ilə əlaqələri yaxşılaşdırmaq istədiyinə dair bəyanat verir. Həqiqətən belə niyyəti varsa, hər şeydən əvvəl Dağlıq Qarabağdan və işğal altındakı Azərbaycan torpaqlarından geri çəkilməlidir. 1 milyon azərbaycanlının doğma yurd-yuvasına qayıtmasına imkan yaratmalıdır. Türkiyəyə yönəlik iddialardan dərhal vaz keçməli, həqiqətləri qeyd-şərtsiz qəbul etməlidir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin rəhbəri Binali Yıldırım Qarsda Qafqaz Universitetində təşkil olunan mərasimdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, soyqırım məsələsi sadəcə çirkin iddiadan ibarətdir: “Soyqırım, etnik təmizləmə kimi barbarlıq ifadə edən anlayışlar bizə, mədəniyyətimizə xas deyil. Tarixində ayıb, günah sayılacaq alçaqlıqlar olmayan millətlərin başında bizim millətimiz dayanır. Öyünəcəyimiz mədəniyyətimiz var. Millətimizi qaralamaq istəyənlərin çirkin iddialarını heç zaman qəbul etməmişik, etməyəcəyik də. Bunu edənlərin məqsədi öz ləkələrini və ayıblarını türk millətinə yaxmaqdır. Onların bu iddiaları qarşısında söylədiyimiz açıq-aydındır. Tarix tarixçilərin danışmalı olduğu meydandır, tarixdə baş vermiş hadisələri tarixçilər dəyərləndirməlidir. İstəyirlərsə, “hamıya arxivlərimizi açarıq” dedik, istəyirlərlə heyət təşkil edib bizim tarixçilərimiz, mütəxəssislərimizlə birlikdə çalışsınlar”, -deyə Binali Yıldırım qeyd edib.


Müəllif: Nərgiz Cavadzadə

Oxşar xəbərlər