24 Oktyabr 2018 16:30
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Mənəvi Dəyərlərin Təbliği Fondu və Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatşılığı ilə “Mənəvi dəyərlərimiz Azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda seminar-müşavirə keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov, Zaqatala Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, ziyalılar, müəllimlər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Seminar-müşavirəni giriş sözü ilə açan Ramin Həsənov Zaqatalada təşkil edilmiş tədbirə görə Mənəvi Dəyərlərin Təbliği Fonduna təşəkkürünü bildirib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov dəyər anlayışı, onun mahiyyəti və təzahürləri haqqında danışıb.

Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov Azərbaycan xalqının dərin tarixi və mənəvi köklərə malik olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycanla bağlı gənclərin üzərinə düşən tarixi missiya və məsuliyyət böyükdür.


Müəllif: Cavad

Oxşar xəbərlər