24 Oktyabr 2018 17:17
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Fu Çonqa təbrik məktubu göndərib.

Teleqraf.com-un məlimatına görə, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Vyetnam arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Ölkənizə səfərim zamanı Sizinlə görüşümüzü, apardığımız ətraflı fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Vyetnam xalqının rifahı yolunda fəaliyyətinizdə uğurlar diləyirəm".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər