25 Oktyabr 2018 15:15
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hansısa bəyanat veriəndə həmin şəxs nə dediyini düşünməlidir. İlk növbədə ortada sənədlər var. ATƏT-in Minsk qrupunun mandatını oxumaq lazımdır. Burada açıq şəkildə yazılıb ki, münaqişədə tərəf Ermənistan və Azərbaycandır, danışıqlar da bu iki dövlətin arasında gedir.

Teleqraf.com-un məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu cür bəyanatlar Nikol Paşinyan tərəfindən ilk dəfə səsləndirilmir: "O ki qaldı Dağlıq Qarabağ icmasına, onlar burada maraqlı tərəfdirlər. Əgər belədirsə, burada Azərbaycan icması da nəzərə alınmalıdır".


Müəllif: Nərgiz

Oxşar xəbərlər