Dayanlqlı İnkişafa Dair Bakı Forumunun rəsmi açılış mərasimi başlayıb.
Teleqraf.com xəbər verir ki, tədbirin aparıcısı Maria Ramos qonaqları salamlayıb. Daha sonra "Dayanıqlı İnkişaf Məqsədləri və Azərbaycan" adlı video təqdim edilib.
Videoda Azərbaycanın təqdimatı, dayanıqlı inkişaf yolunda keçdiyi uğurlar öz əksini tapıb.
Daha sonra Maria Ramos bildirib ki, tədbirdə 30-dan çox dövlətdən qonaq iştirak edir:
“Asiyadan ttuttmuş Şərqi Avropaya qədər bir çox ölkələrdən qonaqlar gəlib. 73 il əvvəl - 1945-ci il oktyabrın 24-də BMT təsis edilib. Məqsəd insan hüquqları, bərabərliyin bərqərar olması, sülhün yaradılmasıdır. Bu gün BMT-nin ad günüdür və mən bu münasibətlə sizi təbrik edirəm”.
Moderator qeyd edib ki, tədbirdə bir sıra məsələlər müzakirə ediləcək:
“Tədbirin təşkilatçısı Azərbaycan hökuməti və BMT-nin Bakı ofisidir. Biz bu gün dayanıqlı inkişafı təmin etmək üçün fikir mübadiləsi aparacaq, bununla bağlı təcrübələri bölüşəcəyik”.