Bakı forumunda bütün müzakirələr Qazaxıstan üçün vacibdir. Dayqanıqlı inkişafın paametrləri beynəlxalq standartlara uyğun olmalıdır. Yoxsulluğun ləğv edilməsi vacibddir. Bu, Qazaxıstanın inkişaf proqramları ilə də üüt-üstə düşür. Biz hazırda 2019-cu il üçün BMT-yə hesabat üzrərində çalışırıq.
Bu sözləri Qazaxıstan Respublikasının ombudsmanı Əskər Şakirov Dayanıqlı İnkişafa Dair Bakı Formu çərçivəsində keçirilən panel müzakirədə çıxışı zamanı deyib.
Ombudsman bildirib ki, Qazaxıstan insan kapitalına görə, dünyada ilk 30 ölkə sırasındadır: “Rəqabət qabiliyyətinə görə, ilk qırxlıqda mövqe tuturuq. Biz qadınlara qarşı ayrı-seçkiliyi rədd edən konvensiyaya qoşulmuşuq. 2020-ci ilə qədər dövlətin hüquqi modernləşdirilməsini nəzərdə tutmuşuq. Bir sıra strateji sənəd qəbul etmişik ki, bunlar dayanıqlı iqtisaqdi inkişafla üst-üstə düşür”.
Müvəkkil əlavə edib ki, işgəncəsiz cəmiyyət naminə çalışırlar: “Bunun üçün hərtərəfli fəaliyyət göstərilməlidir. Ombudsman aparatı olaraq bu istiqamətdə hökumətə hərtərəfli kömək etməyə çalışırıq. Biz insan hüquqlarına dair dayanıqlı inkişafın məqsədlərinə uyğun olaraq fəaliyyətimizi davam etdiririk.
Çıxışının sonunda Əsgər Şakirov bildirib ki, Azərbaycanla Qazaxıstanı birləşdirən yalnız karbohidrogen yataqları deyil: “Bizim güclü tərəfdaşlıq ənənələrimiz var və biz bunu təmsil etdiyimiz sahədə davam etdirmək əzmindəyik”.