30 Oktyabr 2018 11:35
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İstanbulda İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.

Məlumata görə, Türkiyə bürosu xəbər verir ki, görüş Dolmabaxça sarayında keçirilib.

Nazirlər iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin hazırki durumu, o cümlədən nəqliyyat, energetika sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər iki ölkə arasında dərin tarixi köklərin, din və mədəni ortaqlığın olduğunu vurğulayıblar, iki qonşu ölkənin iqtisadi tərəqqi və davamlı inkişafa töhfə verə biləcək sahələrdə əməkdaşlığının zəruriliyini diqqətə çatdırıblar. XİN başçıları eyni zamanda yeni layihələrin reallaşdırılmasının əhəmiyyətini qeyd ediblər.

Daha sonra Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri - Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərifin üçtərəfli formatda altıncı görüşü başlayıb.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər