“Star” zavodunun açılması Türkiyə-Azərbaycan münasibətlərində mühüm rol oynayacaq.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, ölkəmiz tərəfindən atılan bu addım bir daha Azərbaycan miqyasında Ulu Öndər tərəfindən həyata keçirilən neft strategiyasının çox uğurla davam etdirildiyini sübut etdi: “Bu günlərdə ikinci mühüm hadisə VI Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi oldu. Forum özünün əhəmiyyətini nüfuzlu insanları ərafına birləşdirmək və mühüm plaformaya çevrilməklə göstərmiş oldu. Forum artıq dünyada mühüm platforma olduğunu sübut etməkdədir. Bu, dövlətimizin gücü, nüfuzudur. Forum ölkəmizin beynəlxalq aləmdə yerinin daha da möhkəmlənməsində ciddi hadisədir”.