30 Oktyabr 2018 18:42
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev İsmayıl Ələkbərovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, sərəncamla İsmayıl Ağa Qulu oğlu Ələkbərov Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Qulu Novruz oğlu Novruzov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi təyin edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər