31 Oktyabr 2018 15:16
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Bolqarıstan Milli Assambleyasının spikeri Tsveta Karayançeva ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı tərəflər strateji tərəfdaşlığa əsaslanan iki dost ölkə arasındakı münasibətlərin inkişaf səviyyəsindən məmnunluqlarını bildiriblər.

Bu xüsusda, Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri zamanı 4 mart 2015-ci il tarixində Sofiyada imzalanmış “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin əhəmiyyəti vurğulanıb.

Bolqarıstan Milli Assambleyasının spikeri Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə iştirak etmək məqsədilə 2018-ci ilin sentyabr ayında Azərbaycana səfərini məmnunluqla xatırlayıb.

Görüş zamanı tərəflər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafında parlamentlərarası dostluq qruplarının fəaliyyətini təqdir ediblər.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm nəqliyyat və enerji layihələri, eləcə də Bolqarıstan şirkətlərinin sözügedən layihələrə cəlb olunması ilə bağlı fikir mübadiləsi aparan tərəflər iqtisadi əməkdaşlığın daha da inkişafı baxımından sözügedən sahələrin böyük potensiala malik olduğunu bildiriblər və bu istiqamətdə fəaliyyətin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

.


Müəllif: Səxavət

Oxşar xəbərlər