31 Oktyabr 2018 19:36
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təəssüf hissi ilə etməliyəm ki, son zamanlar Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlər həyata keçirilir və bununla da beynəlxalq hüququn norma və prinsipləri, eləcə də Azərbaycanın qanunları kobud şəkildə pozulur. Belçika parlament üzvlərinin Azərbaycan torpaqlarına qanunsuz səfəri Azərbaycan-Belçika münasibətlərinə inkişafına mənfi təsir göstərə bilər.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi analitik Ehtiram Aşırlı deyib.

O qeyd edib ki, Azərbaycan torpaqlarına səfər etməklə Belçika özünün milli qanunvericiliyinə zidd və tam qanunsuz addımlar atır:

“Xüsusilə də, bu səfərin üzdəniraqlar tərəfindən reallaşdırılması qondarma rejimin nə qədər biabırçı bir vəziyyətdə olduğunu göstərir. Separatçı rejim bu səfərləri təşkil etməklə çalışır ki, özünü “müstəqil ölkə” kimi tanıtsın, lakin buna nail ola bilməyəcək. Xatırlayırsınızsa, avqust ayında internet qumarbazı Den Blizerian işğal altında olan Azərbaycan torpağın səfər etmişdi. Separatçı rejim bu hərəkəti ilə daxili ictimaiyyətinə hər şeyin müsbətə doğru dəyişdiyini göstərməyə çalışır. Ancaq həmin rejim nə qədər çalışsa da bu istəklərinə nail ola bilmir. Bir rejim ki, porno ulduzu, internet qumarbazı və üzdəniraq kimilərinin dəstəyi ilə dünya arenasında tanınmağa çalışır, onda bu separatçı rejimdən hər şey gözləmək olar. İndi də üzdəniraqların dəstəyi ilə özlərini Avropa dəyərlərinə sadiq biri kimi göstərmək arzusundadırlar. Lakin bir şeyi unudurlar ki, Avropa dəyərləri işğalçılıq üzərinə qurulmayıb”.

E.Aşırlı onu da bildirib ki, onlar üzdəniraqların səfərlərini təşkil etməklə maliyyə dəstəyi əldə etməyi planlaşdırırlar:

“Bir sözlə, separatçı rejim homoseksuallara möhtac vəziyyətdədir. Həmçinin, Avropada nüfuzu olmayan homoseksual deputatın Qarabağa səfərinin ermənilər tərəfindən fəxarətlə təqdim edilməsi separatçıların və erməni lobbisinin üzdəniraqlarla əməkdaşlığının və onların əsl kimliklərinin növbəti sübutudur”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər