Milli Məclisin deputatı, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Rauf Əliyev Bolqarıstanın paytaxtı Sofiyaya gedib
Teleqraf.com xəbər verir ki, deputat Bolqarıstanın yüksək səviyyəli rəsmiləri ilə keçirilən görüşlərdə, o cümlədən Bolqarıstan Milli Assambleyasının sədri Tsveta Karayançeva ilə görüşdə iştirak edəcək.
Daha sonra Azərbaycanla Bolqarıstan arasında Strateji Dialoqun birinci iclasına qatılacaq.