Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında növbəti görüş dekabr ayında Milanda keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib.
Həmsədr bu barədə tərəflər arasında müzakirənin aparıldığını bildirib:
“Hesab edirəm ki, bu görüş ATƏT Nazirlər Şurasının tərkibində İtaliyada keçirilə bilər. Biz bu mövzuda Ermənistanın xarici işlər naziri ilə söhbət etdik və beş dəqiqə ərzində Azərbaycanın xarici işlər naziri ilə görüşdük”.
Qeyd edək ki, Minsk qrupunun həmsədrləri hazırda Azərbaycana səfərdədir.