23 Avqust 2014 12:33
1 214
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abxaziya Belarus və Qazaxıstana müraciət edərək onun müstəqilliyini tanısınlar və o, sonradan Avrasiya İttifaqına girə bilsin.

ANS PRESS-in məlumatına görə, Belarus və Qazaxıstanın onsuz da Abxaziyanın müstəqilliyini tanımayacağını bəri başdan proqnozlaşdıran bir sıra erməni şərhçilər məsələnin bir çalarının da Ermənistan üçün təhqiramiz olduğunu vurğulayıblar.

“Görəsən, Avropa İttifaqına girmək üçün müraciət etmiş və statusu, demək olar ki, Abxaziyaya bərabər olan Ermənistan hansı addımı atacaq?”, - deyə erməni şərhçi Akop Badalyan sual verir.

Şərhçi bütün günahları Moskvada görür və Rusiyanın bundan əvvəl də Ermənistanı tanınmamış ölkələr siyahısına saldığını vurğulayır: “Hələ Medvedev prezident olanda təşkil etdiyi cıdır yarışlarında Serj Sarkisyan Abxaziya və Cənubi Osetiya prezidentləri ilə bir yerdə idi, MDB ölkələrindən heç bir prezident tədbirə gəlməmişdi”,- deyə Badalyan vurğulayır.


Müəllif:

Oxşar xəbərlər