23 Avqust 2014 13:02
1 263
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Namizədliyimi irəli sürəndən sonra kiminsə xeyrinə geri çəkilə bilərəm. Bütün ssenarilər mümkündür”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Qubad İbadoğlu deyib.

Q. İbadoğlu bütün məsələlərə Müsavat başqanlığına namizədlərin irəli sürülməsi proseduru başlayandan sonra aydınlıq gələcəyini bildirib.

O, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ilə münasibətlərinin normal olduğunu da qeyd edib: “Bizim münasibətlərimiz yaxşıdır, bir-birimizi çox istəyirik”.


Müəllif:

Oxşar xəbərlər