5 Noyabr 2018 13:29
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçıların başçısı Bako Saakyanla görüşüb.

Teleqraf.com xəbər verir ki, görüş Xankəndində baş tutub.

Təkbətək keçirilən görüşdə hansı mövzuların müzakirə edildiyi barədə məlumat verilməyib.

Qeyd edək ki, Nikol Paşinyan Qarabağa noyabrın 2-də gəlib.

O, səfər çərçivəsində Bako Saakyanla ikinci dəfədir təkbətək görüşür. Paşinyan separatçıların başçısı ilə bundan əvvəl noyabrın 3-də görüşmüşdü.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər