13 Noyabr 2018 14:02
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesablama Palatası müxtəlif ölkələrin təcrübəsi nəzərə alınaraq dövlət büdcəsinin icrasına təsir edəcək risk faktoru müəyyən edib.

Teleqraf.com-un xəbərinə görə, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə 2019-cu il büdcə layihəsinin müzakirəsi zamanı deyib.

Sədr dövlət büdcəsi ilə bağlı yeni ssenarilərin tətbiqi neft gəlirlərdən asılığının azalması, itkilərin minimuma endirilməsi, xərclərin səmərəliliyin artmasına imkan yaratdığını deyib:

“Dövlət borcunun dinamik deyil, statik xarakterli göstəricilərlərlə dəyərləndirilməsi dövlət büdcəsinin icrasına təsir edən risklərdəndir”.

V.Gülməmmədov bildirib ki, Hesablama Palatası tərəfindən büdcə inzibatçılığının gücləndirilməsi, büdgə gəlirlərinin mümkün artım potensilanı da müəyyən edib.

“Vergi boşluğunun hesablanması, yeni vergitutma obyektlərinin müəyyən edilməsi vergi inzibatçılığının yüksəlməsinə təsir edəcək. Fiskal riskləri nəzərə alaraq 5 metodoloji sənəd əsasında yanaşma müəyyən edilib. Ölkəmizdə borc dayanıqlılğının təmin edildiyi deməyə əsas verir. 2019-cu ilin dövlət büdcəsi valyutanın manatla ifadə edildiyi dövrdə ən böyük büdcəsi olaraq müəyyən edilib”.


Müəllif: Gülxar

Oxşar xəbərlər