13 Noyabr 2018 18:49
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zamirə Hacıyevanın Londonda xərclədiyi 130 milyon pulla 1988-1993- cü illərdə şəhid olmuş bütün şəxslərin hamsının qanpulunu vermək olardı”.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc 2019-cu il büdcə müzakirələri zamanı çıxış edərkən deyib.

Millət vəkili bildirib ki, prezidentin şəhid ailələri ilə bağlı fərmanı çıxandan sonra Səlim Müslümov açıqladı ki, bu fərman 8800 ailəyə şamil olunacaq: “Demək o, hesablamanı əvvəldən aparıbmış. Sığorta Fondunun əməkdaşı isə iki nimdaş dəftərlə insanların qarşısına çıxdı. O boyda qurum informasiya texnologiyalarının olduğu şəraitdə şəhid tərcümeyi-halını köçürə bu vasitələr köçürə bilməyib. Yaxud da deyirlər ki, kimsə şəhidinin 40 – ı çıxmamış gəlib vəsaiti alıb. İndi də hüquqi varis məsələsini ortaya çıxarıblar”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər