14 Noyabr 2018 10:21
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtomobildə külli miqdarda dərman vasitələri aşkarlanıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Rusiya Federasiyası istiqamətindən “Xanoba” gömrük postunun gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Ford Transit” markalı avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin yük yerində və salonunda gömrük nəzarətinə bəyan edilməmiş 9034 ədəd müxtəlif adda dərman vasitəsi aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Aytən

Oxşar xəbərlər