14 Noyabr 2018 12:58
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyətə diqqət artmalı, büdcədən mədəniyyətə ayrılan vəsait azı 2 faiz olmalıdır.

Teleqraf.com xəbər verir ki, bu fikirləri parlamentdə büdcə müzakirələri zamanı Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rəfael Hüseynov deyib.

O bildirib ki, 2016-cı ildə kino sahəsinə 65 milyon manat ayrılıb: “Bunun nəticəsində onlarla qısametrajlı filmlər çəkilib. Xatırladım ki, Qazaxıstan “Köçərilər” filmini çəkmək üçün 40 milyon dollardan çox vəsait ayırmışdı. Hesab edirəm ki, kino sahəsinə 1,5 milyon manat ayırmaqla bu sahəni inkişaf etdirmək mümkün deyil. Nəzərə almaq lazımdır ki, kino sahəsində dublyaj da var. Fikricə, bu vəsait artırılmalıdır. Cənab Prezidentin Azərbaycan dilinin qorunması ilə bağlı fərman verib. Bu, olduqca əhəmiyyətli sənəddir. Azərbaycan dilinin qorunmasında dublyaj sahəsinin də ciddi rolu var”.


Müəllif: Cavad