14 Noyabr 2018 17:36
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın ərazi bütövlüyü uğrunda 24 min insan şəhid olub. Mən də bu döyüşlərdə iştirak etmişəm. Onların içərisində elələri var ki, evini, maşınını sataraq ov tüfəngi alıb ermənilərlə döyüşlərdə iştirak edib və şəhid olub. Niyə bunlar yaddan çıxmalı, polis işçiləri unudulmalıdır?”

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Fəzail Ağamalı deyib.

F.Ağamalı deyib ki, 11 min manat vəsait şəhid hərbi qulluqçuların vərəsələrinin hamısına verilsə, bu, 264 milyon manat edir.

“Dövlətin büdcəsində müəyyən məhdudiyyətlər var. Bu vəsaitin ödənilməsinə imkan yoxdur. Ona görə Cahangir Hacıyevin Londonda olan mülkləri, Rüfət Aslanlının, Fazil Məmmədovun mülkləri, obyektləri, maşın kolleksiyaları satılsın və həmin vəsait şəhid hərbi qulluqçularının ailələrinə verilsin. Çünki, o da dövlətin, xalqın puludur”,-F.Ağamalı bildirib.


Müəllif: Cavad

Oxşar xəbərlər