Şəhid ailələri yenidən Milli Məclisin qarşısına gəliblər. Hər dəfə bura gələndə şəhid ailələri ilə rastlaşırıq. Cənab sədr, sizdən xahiş edirəm ki, bu məsələni əmək və əhalisinin sosial müdafiə nazirinə deyin.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı millət vəkili Vahid Əhmədov deyib.
O bildirib ki, nazir şəhid ailələrini qəbul etməlidir: "Onları başa salmalıdır ki, 11 min manat konpensasiyanı ala biləcəklər, ya yox. Əgər lazımdırsa, biz Milli Məclis olaraq burada komissiya yaradaq və bu işlə özümüz məşğul olaq. Bu birbaşa Əmək və Əhalisinin Sosial Müdafiəsi Nazirliyinin işidir. Oqtay müəllim, xahiş edirəm ki, bununla bağlı göstəriş verin”.
Oqtay Əsədov isə cavab olaraq deyib ki, onda olan məlumata görə, dünən geniş tərkibli görüş olmalı idi: “Amma yenə maraqlanaram”.