15 Noyabr 2018 13:44
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu ilin dövlət büdcəsinin komitədə müzakirəsi zamanı dedim ki, cərimə və rüsumlardan ayrı-ayrı məmurların əmək haqqının artırılmasına etiraz etmişəm. Təklif etmişəm ki, cərimələrdən Prezident Adminstrasiyasına ayrılan 5, Nazirlər Kabinetinə isə ayrılan 2 faiz aradan qaldırılmalıdır. Əgər aradan qaldırılmırsa, Milli Məclisin əməkdaşlarının da əmək haqqı da artırılmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Millət vəkilinin sözlərinə görə, komitədə səsləndirdiyi bu sözləri bəzi jurnalistlər təhrif ediblər. Belə qələmə veriblər ki, guya Həsənquliyev həmin 3 faizin deputatların maaşına əlavə olunması məsələsini qaldırıb. Bundan sonra keçmiş həmkarımız Cəmil Həsənli başda olmaqla, o cümlədən xaricdəki ünsürlər məni, Milli Məclisi və hökuməti təhqir etməyə başladı. Peşəsinə hörmət etməyən jurnalistlərin yeri bura deyil. Onların akkreditasiyası ləğv edilməlidir”.

Qüdrət Həsənquliyev Milli Məclis əməkdaşlarının mənzil təminatına da toxunub: “Rəhmətlik Heydər Əliyev dövründə bizim iqtisadi vəziyyətimiz daha ağır idi. O zaman Milli Məclisin əməkdaşları və deputatlar üçün mənzil tikildi. 2003-cü ildə mənzil alanlardan biri də mən olmuşam. Buna görə də, həmişə mərhum prezidentə rəhmət diləyirəm.

İndi iqtisadi durumumuz daha yaxşıdır. Hörmətli Samir müəllim, Milli Məclis əməkdaşlarının mənzillə tikintisinə ehtiyac var. Onların aldıqları maaşla mənzil almaq çox çətindir. Bununla bağlı hökumətin düşünməsinə ehtiyac var”.

Deputat əlavə edib ki, büdcədən Milli Məclisin ezamiyyət xərclərinin artırılması vacibdir. O, deyib ki, Azərbaycan xarici siyasətinin həyata keçirilməsində Milli Məclisin müstəsna rolu var: "NATO Parlament Assambleyasının Kanadada payız sessiyası başlayacaq. Ora yalnız bir deputatımız gedə bilib. Hesab edirəm ki, bu sahəyə maliyyənin artırılmasına ciddi ehtiyac var”.


Müəllif: Cavad

Oxşar xəbərlər