Fransa Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimi tanımır və özünü bu rejimin “rəhbəri” adlandıranlarla heç bir münasibəti dəstəkləmir.
Teleqraf.com-un məlumatına görə, bu barədə Fransa Xarici İşlər Nazirliyindən separatçı rejimin “rəhbəri”nin bu ölkəyə səfərini şərh edərkən deyiblər.
Məlumatda qeyd olunub: “ATƏT Minsk qrupunun həmsədri olaraq, Fransa dinc və dayanıqlı həll tapmaq üzərində işləyir və vasitəçi missiyasını qərəzsiz icra edir”.