“Gəncə şəhərində yaşayış binasında partlayış xəbərindən çox pis oldum”.
Teleqraf.com xəbər verir ki, bunu sosial şəbəkədəki şəxsi hesabında Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsi sədrinin müavini, politoloq Aydın Mirzəzadə deyib.
O, YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyevə zəng edib, vəziyyətlə maraqlanıb:
“Allah dünyasını dəyişənlərə rəhmət etsin, yaralılara şəfa versin. Dövlətimiz daim vətəndaşının yanındadır”.