21 Noyabr 2018 09:19
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri Qaydaları”na əlavələr edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, magistral avtomobil yollarının, körpülərin və tunellərin layihələndirilməsi zamanı “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi təmin olunmalıdır.

Həmçinin Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi sənədi hazırlanmalı və dövlət ekoloji ekspertizası keçirilməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər