25 Avqust 2014 15:00
1 391
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qobustan həbsxanasında 6 nəfər intihar məqsədilə özünü doğrayıb.

Məlumata görə, həbsxananın yeni rəisinin sərt davranışlarına etiraz edənlər əsasən, qarın və qol nahiyələrini kəsici alətlərlə doğrayıblar. Onlardan birinin vəziyyətinin ağır olduğun bildirilir. Özlərinə qəsd edənlərdən yalnız ikisinin adı məlumdur. Bunlar Mirzə Əliyev və Şahin Məlikovdur.

Məsələ ilə bağlı Penitensiar Xidmətin Mətbuat Xidməti ilə əlaqə saxladıq. Mətbuat Xidmətindən bildirdilər ki, onlara belə bir məlumat daxil olmayıb.

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmət üzrə İctimai Komitənin təmsilçisi Əlimməməd Nuriyev hadisəylə bağlı məlumatının olmadığını dedi. O, Qobustanın həbsxanasının rəsilə əlaqə saxlayıb məlumatın nə dərəcə həqiqət olduğunu dəqiqləşdirəcəyini bildirdi.

Hadisəylə bağlı İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sərdi Elçin Behbudov bildirdi ki, Qobustan həbsxanasında ömürlük məhkum olan insanlar cəza cəkir. “Danılmaz bir faktır ki, bu həbsxana həmişə problemli olub. Məhkumlar bizə nəzarətçilərin onlara qarşı kobud rəftar etdiyini bildirirlər. Mən 3 nazirlik - Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi ilə işləyirəm. Məni Ədliyyyə Nazirliyinə buraxmırlar. Ona görə də bu hadisəylə bağlı heç bir tədbir görə bilmirəm”.

Qeyd edək ki, Qobustan həbsxanasının rəisi keçən ay dəyişdirilib. Məhbus yaxınlarının bildirdiyinə görə, yeni rəis Rövşən Niyazov məhbuslarla sərt şəkildə davrannır. Onun hətta məhbusların üstünə tez-tez itləri qısqırtdığı da deyilir.

R. Niyazov bundan əvvəl 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəis müavini vəzifəsində işləyib.

İlhamə


Müəllif:

Oxşar xəbərlər