21 Noyabr 2018 13:17
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gömrük nəzarətindən gizlədilmiş mallar aşkar edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Teleqraf.com-a verilən xəbərə görə, Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postuna daxil olan məlumat əsasında Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Kia Rio” markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
Sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama nəticəsində nəqliyyat vasitəsinin yük yerindəki qara rəngli polietilen paketlərdən 4 ədəd plastik qabda ümumi çəkisi 2120 qram olan qara rəngli dənəvari balıq kürüsü, 2000 ədəd “Parliament Heets” və 200 ədəd “Parliament Compact” markalı siqaretlər, 2 ədəd “Samsung Galaxy S9” markalı mobil telefonlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Aytən