23 Noyabr 2018 17:00
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtomobildə külli miqdarda dərman preparatları aşkarlanıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, “Samur” gömrük postunun idxal-gömrük nəzarəti xəttinə daxil olan Rusiya vətəndaşının idarə etdiyi “BMW 528” markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin ön panelinin altından və arxa oturacağının arxa hissəsində yerləşən örtüyün altından 105 ampula “Vеrаpаmil”, 25 flakon “Qonnadotropin xorioniçeskiy”, 5 flakon “İntesti-bakteriofaq”, 3 flakon “Neuleptil”, 5 ədəd sprey “Oktenisept”, 90 kapsul “Omeqa 3-6-9”, 120 kapsul “Karnozin”, 500 həb “Kortef”, 5 ədəd “Primadofilus”, 10 flakon “Etoksisklerol”, 200 həb “Ketosteril” , 56 paket “Diviqel”, 200 həb “Teralidjen valenta”, 100 həb, “Macmiror”, 100 həb “Noopept”, 14 həb “Sumatriptan”, 20 həb “Amiksin”, 60 həb “ Pronoran”, 100 həb “Naltrekson”, 30 həb “Reksetin”, 4 flakon “Bakteriofaq”, 2 flakon “Karipazim”, 25 həb “Zoviraks”, 60 həb “Orlit”, 3 ədəd “Elokom losyon”, 1 ədəd “Mikospor nabor”, 30 həb “Komplivit”, 1 ədəd “Oflomil”, 2 ədəd krem “Libre derm”, 1 ədəd sprey “Mezolux”, 8 həb “Miqrenol”, 3 ədəd “Salofalk” markalı dərman vasitələri üçün plastik qablar aşkar olunub.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər