Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsi saxlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindın Teleqraf.com -a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinərək saxlanılan şəxs Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı Ülvi Fərzəliyevdir.
RPŞ-nin əməkdaşları tərəfindən Ü.Fərzəliyevin üzərinə keçirilən şəxsi baxış zamanı onun əlindəki sellofan torbadan ümumi çəkisi 450 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirib.
Ü.Fərzəliyev istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.