“Əmək haqqı rəsmi əmək müqaviləsində gösətrilməməsi həmin şəxslərin pensiya hüququndan məhrum edilməsi deməkdir. Bu qanun layihəsinin qəbul edilməsi 100 minlərlə insanın pensiya hüquququnun bərpasına imkan yaradacaq”.
Bu sözləri vergilər naziri Mikayıl Cabbarov Milli Məclisdə Vergi Məcəlləsinə dəyişiklik barədə çıxış edərkən deyib.
Nazir bildirib ki, statistika görə 2014-2016-ci illər ərzində müqaviləsiz işləyənlərin sayı artıb.
“Bu ilin 10 ay ərzində 4100 pozuntu aşkar edilib və cinayət işi açılıb. Bu tədbirlər sahibkarda motivasiya yaratmadığından istənilən effekti vermir. Bu problemin həlli üçün qeyri-rəsmi əmək haqqı məsələsini sıradan çıxartmaq lazımdır. Bu qanun layihəsinin qəbulu əhalinin bank kreditlərinə çıxış imkanını genişləndirəcək. Qanunun qəbulu özəl sektorda 500 mindən çox insanın əmək haqqının əmək haqqının artırılması anlamına gəlməməlidir, sadəcə mövcud əmək haqqının qanuniləşdirilməsidir”.
Nazir onu da vurğulayıb ki, Vergilər Nazirliyi tərəfindən sahibkarlığın sadələşdirilmiş verginin 4 faizdən, 2 faizə endirilməsi kimi yeniliklər də təklif edilib.