27 Noyabr 2018 14:06
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkədə investisiyaların 80 faizi dövlətin hesabına düşür. Cəmi 20 faiz özəl sektorun inkişafına nail ola bilmərik. Bunun üçün Vergi Məsələsində dəyişikliklərə ehtiyac var.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Vergi Məcəlləsinə dəyişikliyin müzakirəsi zamanı deyib.

Millət vəkili neftin qiymətinin dünya bazarına enməsinə də toxunub:

“Neftin qiymətinin enməsinə görə narahat olmalıyıq. Neftin qiyməti 50 dollara düşsə, dövlət büdcəsində 60 dollar məsələsinə yenidən baxılmalıdır”.

F.Mustafa həmçinin ölkədə istehsal müəssisələrinin sayının artırılmasına ehtiyac olduğunu deyib:

“Bakıda müəssisələrin çoxu satış üçündür. İstehsal üçün müəssisələr yoxdur. Bakının məhəllələri regionlardan gələn insanlarla doludur, əksər bağ evlərində cənubdan gələn insanlar işləyir. Artıq neçə illərdir ki, regionlarda yaşayan insanlar öz ev-eşiklərini dəyər-dəyməzinə satıb Bakıya gəlir. Bölgələrin boşalmasından imtina etməliyik. Azərbaycanda regionlara dönüş proqramı hazırlanıb qəbul edilməlidir. İnsanlar Bakıda gecəqonduda yaşamaqdan imtina edib, regiona, öz evlərinə rahatlıqla üz tutmalıdır”


Müəllif: Gülxar

Oxşar xəbərlər