27 Noyabr 2018 18:58
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğal olunmuş ərazilərimizdə yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində xidmət edərkən xəsarət alaraq əlil olan erməni hərbi qulluqçu Artur Mxitaryan məruz qaldığı qanunsuzluqlar səbəbindən Ermənistan rəhbərliyinə və hüquq-mühafizə orqanlarına şikayət ərizələri göndərib.

Teleqraf.com Ordu.az-a istinadən xəbər verir ki, hərbi həkim komissiyasının qərarı ilə tərxis edilmiş işğalçı ordunun 6-cı dağ atıcı alayının keçmiş hərbi qulluqçusu A.Mxitaryan xidmət dövründə aldığı xəsarət nəticəsində əlil olub.

Lakin bu günə qədər o, məsul şəxslərin laqeydliyi səbəbindən təqaüd ala bilmir.

Keçmiş hərbi qulluqçu A.Mxitaryan müsbət cavab almayacağı təqdirdə başqa addımlara əl atacağını bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər