Azərbaycan Ordusu üzrə keçirilən “Ən yaxşı reaktiv artilleriya divizionu” adı uğrunda yarışda Əlahiddə Ümumqoşun Ordunun artilleriyaçıları da iştirak ediblər.
Əlahiddə Ümumqoşun Ordudan Teleqraf.com-a verilən məlumata görə, plana uyğun olaraq keçirilən yarışda düşmənin taktiki və əməliyyat dərinliyində hava kəşfiyyatı apara bilən vasitələrlə təchiz edilmiş reaktiv artilleriya divizionu bütün mərhələlər üzrə tapşırıqları uğurla yerinə yetirib.