Türkiyənin paytaxtı Ankara şəhərində "Türkiyə - Azərbaycan münasibətlərinin gələcəyi" mövzusunda konfrans keçirilir.
Teleqraf.com Musavat.com-a istinadən xəbər verir ki, konfransı iqtidara bağlı olan Siyasət, Ekonomi və Toplum Araşdırmaları Vəqfi, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) təşkil edib.
Konfransın moderatoru Mühiddin Atamandır. Toplantıda Milli Məclisin üzvü, tarixçi professor Musa Qasımlının, SAM-ın əməkdaşı Cavid Əliyevin, Türkiyə tərəfdən Necdət Ünüvar və Oqtay Tanrısevərin çıxışları nəzərdə tutulub. Müzakirə olunan məsələ, konfransın adından da göründüyü kimi, Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyinə dair fikir mübadiləsi aparmaq, öndə duran problemlərə nəzər salmaq, əlaqələrin daha da sıxlaşdırılması yollarını göstərməkdir.
Azərbaycandan gedən qonaqlar - media qurumlarının rəhbərləri də konfransın işində iştirak edirlər.