29 Noyabr 2018 19:58
2 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya mətbuatının Avropadakı erməni mafiyasının bu ölkənin Xarici İşlər Nazirliyi ilə əlaqəsi barədə araşdırması təəccüb doğurmamalıdır, çünki bu, həqiqəti əks etdirir.

Bunu Trend-ə rusiyalı teleaparıcı və analitik Yevgeni Mixaylov “Der Spiegel” qəzeti və MDR telekanalında yer almış araşdırma məqalələri şərh edərkən deyib.

Y.Mixaylovun sözlərinə görə, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın “qanuni oğrularla” əlaqələri məlumdur və sirr deyil ki, həmin “oğrulardan” bəziləri Rusiyada təqib olunarkən məhz Ermənistanda gizlənib:

“Çirkli pulların yuyulması, narkotik, qaçaqmalçılıq – bütün bunlar dünyada erməni mafiyasının fəaliyyətinin çox az hissəsidir. Almaniya xüsusi xidmət orqanlarının bu mafiya ilə məşğul olması onu göstərir ki, onlar rusiyalı həmkarları ilə qarşılıqlı fəaliyyət göstərir, Rusiya xüsusi xidmət əməkdaşlarının təcrübəsindən istifadə edir. Rusiyada da ermənilər əksər vaxtlarda çirkli pulların yuyulması və digər cinayətkar qrupların başında dayanır”.

Analitik əlavə edib ki, Ermənistan XİN-in siyasi dəstəyi olmadan cinayətkarlar özlərini belə sərbəst apara bilməzdi:

“Bundan başqa, ölkənin digər dövlət strukturları də dünyada erməni cinayətkar qruplaşmaları ilə əlaqələrə qurşanıb”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər