Nazirlər Kabineti “Torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırılmasının Forması”nı təsdiq edib.
Teleqraf.com xəbər verir ki, bu qərar “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 11 iyun tarixli 138 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə verilib.
Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Preziden-tinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.