Silahlı Qüvvələrin Yardım Fonduna cari il dekabrın 1-dək 95.491.341,61 AZN, 213.577,88 ABŞ dolları, 14836,0 avro və 5000,0 rubl vəsait daxil olub.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Xatırladaq ki, Silahlı Qüvvələrin Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilib.