4 Dekabr 2018 11:10
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən Bakıda “Yüksək Texnologiyalar Həftəsi”nə start verilir. Bu münasibətlə dekabrın 4-dən 7-dək “Bakutel 2018”- 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı keçiriləcək.

Teleqraf.com xəbər verir ki, sərginin açılış mərasimində çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bu konfransın İKT sahəsinin nümayəndələri üçün artıq görüş məkanına çevrildiyini deyib:

“Artıq 24 ildir ki, "Bakutel" sərgisi regionda ən mühüm hadisələrdən biri hesab edilir. İKT təmsilçiləri gələcək inkişaf layihələri barədə müzakirə aparır, informasiya texnologiyaları sahəsində həlledici qərarlar qəbul edirlər.

Eyni zamanda, "Bakutel" son texnoloji yeniliklərin nümayişi üçün imkanlar açır. Xidmət şəbəkəsinin müasir standartlara uyğunlaşdırılması, dövlət telekommunikasiya sahəsində yeni texnologiyaların tətbiqi və yeni xidmətlərin göstərilməsi üçün yeni işlər görür”.

Nazir bildirib ki, ölkə vətəndaşlarının poçt, telekommunikasiya və digər xidmətlərlə daha keyfiyyətli təmin olunması məqsədilə yaradılan şəbəkə xidmətlərinin sayı davamlı olaraq artırılır:

“Bu gün ənənəvi xidmətlərlə yanaşı, Azərbaycan poçtu bank, maliyyə xidmətləri də göstərir və artıq beynəlxalq tranzit poçt mərkəzi kimi imkanlarını genişləndirib. Çindən sifariş olunan elektron ticarət məhsulları ölkəmizə gətirilir və Azərbaycandan dünyanın 20-dən çox ölkəsinə göndərilir. Bundan başqa, informasiya kommunikasi sahəsinə marağı artırmaq üçün regionlarda da müxtəlif start-uo layihələri, oyunlar və müsabiqələr keçirilir.

Bu gün Azərbaycanda tranzit informasiya potensialının artırılması baxımından mühüm addımlar atılır. Əminəm ki, sərgi ölkəmizdə İKT sahəsinə öz töhfəsini verəcək. Yerli və beynəlxalq arenada fəaliyyət göstərən şirkətlər arasında yeni əməkdaşlıq əlaqələri quracaq”.

Qeyd edək ki, bu il sərgidə dünyanın 20 ölkəsini təmsil edən 200-dən artıq şirkətin iştirakı edir. İştirakçıların arasında İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distributorları və gənc ixtiraçılar. “Bakutel 2018” sərgisi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəal dəstəyi ilə reallaşdırılan ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İran, Fransa, Türkiyə, Sloveniya, Xorvatiya kimi ölkələrin milli stendlərini nümayiş etdirəcək. Sərgi bu il bir real innovasiya festivalı təqdim edəcək. Sərgidə banklar üçün yeni nəsil İT həlləri, şəhər nəqliyyatı, pərakəndə satış, “Ağıllı Şəhər” (Smart City) sistemləri, 4G-5G mobil texnologiyalar, optik lifli texnologiya və “bulud” texnologiyaları üzrə xidmətlər təklif olunacaq. Hər il iştirakçıların siyahısı yeni şirkətlərlə öz ekspozisiyasını genişləndirir.


Müəllif: Gülxar

Oxşar xəbərlər