Azərbaycanda yeni “Ümumi təhsil haqqında” qanun layihəsi hazırlanıb.
Qanun layihəsi 5 fəsil 33 maddədən ibarətdir.
Yeni qanunun məqsədi vətəndaşların Konstitusiya ilə nəzərdə tutulmuş təhsil hüququnu təmin etməkdən, ümumi təhsil prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibəti tənzimləməkdən və ümumi təhsilin təşkilati-hüquqi bazasını yaratmaqdan ibarətdir. Qanun Azərbaycanda fəaliyyət göstərən dini təhsil müəssisələrinə, xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqları yanında təhsil müəssisələrinə şamil edilmir./report/