Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus “Su-25” döyüş təyyarəsi təlim uçuşları zamanı qəzaya uğrayıb.
Teleqraf.com erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Ovannisyan şəxsi “Facebook” səhifəsində yazıb.
Qəza nəticəsində 2 pilot ölüb. Onların adları da açıqlanıb: Polkovnik-leytenant Armen Babayan və mayor Movses Manukyan.
Təyyarənin qalıqları Ermənistanın Şimal-qərbində yerləşən Şirak vilayətinin Maralik şəhəri yaxınlığındakı dağlıq ərazidə aşkarlanıb.
*****
Ermənistan Müdafiə Nazirliyinə məxsus Rusiya istehsalı olan “Su-25” hərbi təyyarəsi təlim uçuşu keçirən zaman radarlardan itib.
Teleqraf.com Rus mətbuatına istinadən xəbər verir ki, Gümrü şəhərinin hava limanından 10:09 radələrində havaya qalxan təyyarə ilə 11 dəqiqə sonar tamamilə əlaqə kəsilib.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, axtarış və xilasetmə əməliyyatları davam edir.