Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Azərbaycana gələcək.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə aşıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.
O, səfərin dekabrın ortalarında baş tutacağını bildirib.
Səfərdə məqsəd dekabrın 14-də Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməkdir.