6 Dekabr 2018 17:28
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mövcud münaqişələr ATƏT məkanında sülh və təhlükəsizliyin bərqərar olmasına mane olur".

Teleqraf.com xəbər verir ki, bunu ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Milandakı (İtaliya) illik iclasında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

İclasda nitq söyləyən nazir XİNŞ-nin ötən il Vyanada keçirilən əvvəlki iclasından sonrakı dövr ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nəzərəçarpan irəliləyişin baş vermədiyini vurğulayıb.

“Azərbaycan torpaqları hələ də işğal altındadır”, - deyən E.Məmmədyarov Ermənistanın işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma həyata keçirərək demoqrafik vəziyyəti dəyişmək cəhdləri göstərdiyini diqqətə çatdırıb: “Ermənistanın bu addımları etimadı pozur”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər