“Zatulun Rusiya Dövlət Dumasınınü üzvü olmadığı vaxtlarda da Azərbaycanın düşməni olub. O, Rusiya Dövlət Dümasına erməni diasporunun dəstəyi ilə üzv seçilib”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında deyib.
Spiker qeyd edib ki, Zatulin MDB adına institut yaratmışdı və həmin institut erməni diasporu tərəfindən maliyyələşir. “Lazerev klubun”un üzvü olan Eltseev adından biri var. Mən həmin siyahıya baxanda orada ruslardan başqa, erməni mənşəli adamların da adını gördüm. Lazerevin özü də ermənidir. Məsələ bizə aydındır. Belə cılız hərəkətlərlə Rusiya-Azərbaycan münasibətlərini pozmaq mümkün deyil”.
Oqtay Əsədov məsələ ilə bağlı Rusiya Dövlət Dumasının sədri Volodinə müraciət etdiyini bildirib. “Mən Rusiya Dövlət Dumasının sədri Volodinə məktub yazmışam. Yəqin ki, bir ölçü götürüləcək”.
Qeyd edək ki, parlamentdə çıxışı zamanı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Ermənistanda keçirilən tədbir haqqında çıxış edərək, spiker Oqtay Əsədovdan xahiş edib ki, məsələ ilə bağlı Rusiya Dövlət Dumasının sədrinə məktubla müraciət etsin.