9 Dekabr 2018 19:40
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində seçici fəallığı aşağı səviyyədə olub.

Teleqraf.com erməni mətbuatına istinadən xəbər verir ki, yerli vaxtla saat 14:00-a olan məlumata görə, seçicilərin cəmi 24,53 faizi (636 055 nəfər) səsvermədə iştirak edib.

Bu göstərici 2 aprel 2017-ci ildə keçirilən parlament seçkiləri ilə müqayisədə demək olar ki, 9 faiz azdır.

Erkən seçkilərdə iki blok və 9 partiya iştirak edir. Onların arasında - keçmiş hakim Ermənistan Respublika Partiyası, Sosial-Demokrat Partiyası, "Daşnaksütyun", Xristian Demokratik İnkişaf Partiyası, Milli Tərəqqi Partiyası, "Bizim Blok", Çiçəklənən Ermənistan Partiyası və digərləri daxildir. .


Müəllif: Teleqraf.com