10 Dekabr 2018 00:45
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda keçirilən parlament seçkilərinin sonuna - 20:00-a yekun seçici fəallığı 48,63 faiz təşkil edib.

Teleqraf.com erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkənin Mərkəzi Seçki Komisiyasının sədri Tiqran Mukuçan deyib.

Mukuçan deyib ki, ölkə tarixində ilk dəfə seçicilərin əksəriyyəti ümumdövlət seçkilərinə məhəl qoymayıb: "Səsvermə hüququna malik 2 milyon 592 min 481 seçicidən yalnız 1 milyon 260 min 840 nəfər seçkidə iştirak edib".


Müəllif: Teleqraf.com